<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Hər bir günah edən adam
 Rəbb yolundan məhrum olur,
 Yalan danışan hər insan günahın qulu olur.

[C1]
   İsadır möhtəşəm, ulu, yeganədir Onun yolu,
   Odur sevən, xoş arzulu, Onu tapan azad olur.

[V2]
 Ruhu gəzir yer üzündə, yalan olmadı sözündə,
 Lütf taparsan sən Məsihdə, evin olar o Göylərdə.

[V3]
 İsasız bil, həyat boşdur, həyat verən yalnız Odur,
 İsa Allah, İsa Başdır,O, yeganə Xilaskardır.

[V4]
 Bu gün sənə deyir Allah: Saleh yaşa, etmə günah.
 Sevir Rəbb tövbə edəni, Ona ümid bəsləyəni.</lyrics>
<title>Hər bir günah edən adam İL314</title>
<hymn_number>314</hymn_number>
</song>